Məxfilik siyasəti

Əldə etdiyimiz məlumatlar

Qeydiyyatdan keçdiyiniz zaman ad, soyad, ata adınız, əlaqə nömrəniz, e-mail və yaşadığınız ünvan tələb oluna bilər. Onlayn ödəniş etdiyinizdə kart məlumatlarınızı da əldə etmiş oluruq. Həmçinin, kompüteriniz və ya istifadə etdiyiniz digər cihazın IP ünvanı, əməliyyat sistemi və brauzeriniz haqqında məlumatları toplayırıq. Eyni zamanda veb-saytdan istifadə edərkən cookie-lər toplanır (veb-saytda ziyarət etdiyiniz səhifələr, həyata keçirdiyiniz əməliyyatlar və s).

Məlumatlardan istifadə

Biz sizin şəxsi məlumatlarınızdan təqdim etdiyimiz xidmətin yaxşılaşdırılması, tələblərinizə maksimum şəkildə uyğunlaşdırılması, müştəri məmnuniyyətinin əldə olunması məqsədilə istifadə edirik.


Siz qeydiyyatdan keçərkən, həmçinin, əlaqə vasitələrinizdən gələcəkdə tərəfimizdən reklam xarakterli elanların (e-mail, SMS) göndərilməsi üçün istifadə olunmasına razılıq vermiş olursunuz. Bu tip elanları qəbul etmək istəmədiyiniz təqdirdə, müvafiq əməliyyatları icra etməklə, istənilən zaman elanların göndərilməsinin qarşısını ala bilərsiniz.


Məxfi məlumatlarınızın qorunması üçün xüsusi təhlükəsizlik texnologiyasından istifadə olunur. Kart məlumatlarınızın təhlükəsizliyi tərəfimizdən təmin edilir. Şəxsi məlumatlarınız heç bir halda üçüncü tərəflərə ötürülmür.