İstifadəçi şərtləri
Ümumi
Diqqət! Bu veb-saytdan (www.n21.az) istifadə etmədən öncə istifadəçi şərtlərini oxumağınız tövsiyə olunur. Əgər bu şərtlərlə razı deyilsinizsə, saytdan istifadəni dayandıra və saytı tərk edə bilərsiniz.
Terminlər
Biz – N21.az MMCSiz – veb-saytın istifadəçisi və ya ziyarətçisiVeb-sayt – www.n21.azİstifadəçi – ad, soyad, ata adı və s. məlumatları daxil edərək qeydiyyatdan keçmiş şəxsZiyarətçi – qeydiyyatdan keçmədən veb-saytdan istifadə edən şəxs
Müəllif hüquqları
N21.az veb-saytında yerləşdirilən məlumatlar, şəkillər, veb-saytın vizual görünüşü, loqotipi N21.az MMC-yə məxsusdur. Veb-saytımızdan götürülmüş material və məlumatlardan hər hansı kommersiya məqsədləri üçün istifadə etmək, onların dəyişdirilməsi və kommersiya məqsədilə yayılması qadağandır.
Məsuliyyətdən imtina
N21.az MMC Sizi hər zaman daha aktual və dəqiq məlumatlarla təmin etməyə çalışır. Lakin veb-saytda qeyd olunan məlumatların – məhsulun texniki göstəriciləri, qiymət, xidmət, aksiya və digər məlumatların dəqiqliyinə zəmanət vermir və istənilən zaman bu məlumatları istifadəçilərə xəbərdarlıq etmədən dəyişdirmək hüququna malikdir. Belə səbəblərdən yarana biləcək ziyana görə N21.az MMC məsuliyyət daşımır.
Qeydiyyat
Veb-saytın bəzi funksiyalarından istifadə etmək üçün qeydiyyatdan keçmək mütləqdir (məsələn, məhsul sifarişi) Qeydiyyatdan keçərkən öz razılığınız əsasında şəxsi məlumatlarınızı (ad, soyad, ata adı, əlaqə nömrəsi, e-mail ünvanı, çatdırılma ünvanı və s.) düzgün şəkildə qeyd etməyə razılıq verirsiniz. Həm ziyarətçi olaraq, həm də istifadəçi adınızı və şifrənizi daxil edərək veb-sayta daxil olduqdan sonra etdiyiniz bütün hərəkətlərə görə yalnız siz məsuliyyət daşıyırsınız. Həmçinin, istifadəçi adınızı və şifrənizin məxfiliyini qorumaq məhz sizin öhdəliyinizdədir və Biz buna görə məsuliyyət daşımırıq.
Ödəniş
N21.az MMC ödənişi onlayn şəkildə Visa və Mastercard (kredit/debit) kartları vasitəsilə, yaxud kuryerlə nağd şəkildə qəbul edir. Ödəniş zamanı yalnız Azərbaycan Manatı (AZN) qəbul edilir.